AZ

"Şahdəniz" yatağında təbii qaz hasilatının həcmi açıqlandı

Bakı. Trend:

2025-ci ildə Azərbaycanın "Şahdəniz" yatağında təbii qazhasilatının 27,9 milyard kubmetr təşkil edib.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbərverir.

2024-cü ilin eyni dövrü ilə müqayisədə bu yataqda təbii qazhasilatı 0,1 milyard kubmetr və ya 0,4 faiz artıb.

2024-cü ildə "Şahdəniz" yatağında təbii qaz hasilatı 27,8milyard kubmetr təşkil edib.

Xatırladaq ki, Azərbaycan 2025-ci ildə 51,5 milyard kubmetrtəbii qaz hasil edib. Bu, 2024-cü il hədəfi ilə müqayisədə 1,2milyard kubmetr və ya 2,4 faiz artım deməkdir.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən və dünyanın ənböyük qaz-kondensat yataqlarından biri olan "Şahdəniz" yatağı1999-cu ildə kəşf edilib. 1 trilyon kubmetr qaz və 243 milyon tonkondensat ehtiyatına malik ən böyük "Şahdəniz" yatağının kəşfi,eləcə də "Şahdəniz" qaz layihəsinin uğurla həyata keçirilməsiAzərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi təqdim etdi.

2006-cı ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyəverildikdən sonra Azərbaycan Gürcüstan və Türkiyə bazarlarına təbiiqaz ixrac etməyə başladı.

Məqalədə:
Seçilən
149
1
az.trend.az

2Mənbələr