AZ

Üzərlik və möcüzəvi təsiri

Azərbaycan xalq təbabətində xüsusi yeri olan üzərlik (Peganum harmala) əsrlərdir həm qoruyucu, həm də müalicəvi bitki kimi tanınır. Metbuat.az xəbər verir ki, son illər üzərliyin faydalı təsirləri yenidən diqqət mərkəzinə gəlib və mütəxəssislər bu bitkinin düzgün istifadə olunduqda bir sıra müsbət təsirlər göstərdiyini bildirirlər. Məlumatlara görə, üzərlik sinir sistemini sakitləşdirən təsiri ilə seçilir. Xalq arasında stress, qorxu və mənfi enerjidən qorunmaq məqsədilə istifadə edilən üzərlik toxumlarının tüstüsünün insanı psixoloji cəhətdən rahatlaşdırdığı qeyd olunur.Mütəxəssislər üzərliyin mikrobəleyhinə və antiseptik xüsusiyyətlərə malik olduğunu bildirir. Bu səbəbdən bəzi bölgələrdə üzərlikdən hazırlanmış dəmləmələr soyuqdəymə və yüngül iltihabi hallarda yardımçı vasitə kimi istifadə edilir.Bundan əlavə, üzərlik ağrıkəsici təsirə də malikdir. Xalq təbabətində baş ağrısı, oynaq və əzələ ağrılarında üzərliyin müxtəlif formalarda tətbiq edildiyi bildirilir. Həmçinin maddələr mübadiləsini stimullaşdırdığı və həzm prosesinə müsbət təsir göstərdiyi də qeyd olunur.Araşdırmalara əsasən, üzərlik toxumlarının tərkibində olan bioloji aktiv maddələr immun sistemini gücləndirməyə kömək edə bilər. Bu da orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.

Lakin həkimlər xəbərdarlıq edir ki, üzərlik nəzarətsiz və həddindən artıq istifadə edildikdə zərərli ola bilər. Xüsusilə hamilə qadınlar, uşaqlar və xroniki xəstəlikləri olan şəxslər bu bitkidən istifadə etməzdən əvvəl mütləq mütəxəssisə müraciət etməlidirlər.

Seçilən
54
metbuat.az

1Mənbələr