AZ

Məhkəmə həbsdə olan qazi ilə bağlı qərar verdi

Ali Məhkəmədə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Əziz Səfixanovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


Qeyd: Əziz Səfixanov külli miqdarda narkotik maddə ittihamı ilə təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökm ilə Əziz Səfixanov barəsində 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib və məhkəmə zalından həb olunub.


Xatırlatma: Əziz Səfixanov 44 günlük Vətən müharibəsində iştirak edib və iki dəfə yaralanıb.
 

Kamal Məmmədov 

Tarix: 19 Yanvar 2026, 08:32   
Seçilən
127
pravda.az

1Mənbələr