AZ

Ömürlük məhkum "Gəncəli Mübariz"in oğlunun şikayəti ilə bağlı QƏRAR

Ali Məhkəmədə ömürlük məhkum "Gəncəli Mübariz" kimi tanınan Mübariz Niyazovun oğlu Ramin Niyazovun iş adamı Eldəniz Verdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
 

Qeyd: Ramin Niyazov sosial şəbəkələrdə və media resurslarında Eldəniz Vəliyevi ağır və xüsusi ağır cinayətlərdə ittiham edərək böhtan atmaqda ittiham edib. Səbail rayon Məhkəməsində Ramin Niyazovun verdiyi şikayət təmin edilməyib, Eldəniz Verdiyev barəsində bəraət qərarı çıxarılıb. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Ramin Niyazovun şikayəti təmin edilməyib. İş adamı Eldəniz Verdiyevin barəsində çıxarılan bəraət qərarı dəyişdirilmədən saxlanılıb.

 

Kamal Məmmədov 

Tarix: 19 Yanvar 2026, 08:43   
Seçilən
119
pravda.az

1Mənbələr