AZ

Dünyanın ən böyük AES-də reaktorun yenidən işə salınması təxirə salındı

Bakı. Trend:

Yaponiyanın Niiqata prefekturasında yerləşən dünyanın ən böyükatom elektrik stansiyası (AES) olan "Kaşivazaki-Karivada"nın 6-cıreaktorun yanvarın 20-də yenidən işə salınması təxirə salınıb.

Trend-inməlumatına görə, bu barədə "Kyodo" agentliyi mənbələrə istinadənxəbər verib.

Məlumata əsasən, buna səbəb siqnalizasiya sistemindəki nasazlıqolub.

Bildirilib ki, yanvarın 17-də nüvə elektrik stansiyasınınoperatoru "TEPCO" idarəetmə çubuqlarının çıxarma sistemini sınaqdankeçirib. Bir çubuğun artıq çıxarıldığı bir vəziyyətdə, daha birçubuq da çıxarıldı, lakin bununla işə salınmalı olan siqnalizasiyaişə salınmadı. Şirkətin özünün sonradan izah etdiyi kimi, bu, səhvqurulmuş siqnalizasiya sistemi səbəbindən baş verib.

Mütəxəssislər lazımi yoxlamaları aparırlar, lakin bu, bir neçəgün çəkəcək. Buna görə də planlaşdırılan yenidən işə salınmatədbirinin təxirə salınması qərarı verilib.

Seçilən
152
az.trend.az

1Mənbələr