AZ

Afrika Millətlər Kubokunun ən yaxşı oyunçusu bəlli oldu

Afrika Millətlər Kubokunun ən yaxşı oyunçusu müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının üzvü Sadio Mane turnirin ən yaxşısı seçilib. 

33 yaşlı seneqallı hücumçu Afrika Millətlər Kubokunda iki qol vurub və üç məhsuldar ötürmə edib. 

Mane ikiqat qitə çempionudur və ilk mükafatını 2022-ci ildə qazanıb. 

Ötən gün baş tutan final oyununda Mərakeş və Seneqal milliləri üz-üzə gəlib. Ev sahibləri Seneqala minimal hesabla (0:1) məğlub olublar. Yeganə qolu ilk əlavə vaxtın əvvəlində Papa Quye vurub. 

Xatırladaq ki, Nigeriya komandası 2025/26 AMK-da üçüncü, Misir isə dördüncü yeri tutub. .

Seçilən
80
fanat.az

1Mənbələr