AZ

“Neftçi”də tanınan yerli oyunçu yenidən Premyer Liqada - SON DƏQİQƏ

«Kəpəz» qış fasiləsində üçüncü transfer əməliyyatını başa vurub.

Premyer Liqada qalmaq uğrunda mübarizədə geri düşmək istəməyən «sarı-göylər» Rəhman Hacıyevi sıralarına qatıb.

Mövsümün ilk yarısını I Liqada - «Səbail»də keçirmiş yarımmüdafiəçi ilə anlaşma əldə olunub.

«Bakı»nın yetirməsiylə 5 aylıq müqavilə imzalanıb. Gəncə təmsilçisi elitada yerini qoruyarsa, sabiq «Neftçi»li ilə kontrakt avtomatik olaraq daha 1 il uzadılacaq.

«Kəpəz» geridə qalan günlərdə iki oyunçu ilə münasibətlərini rəsmiləşdirib.

Yarımmüdafiəçilər - «Turan Tovuz»dan Veysəl Rzayev və“Samqurali”dən Mate Abuladze komandanın sıralarına qoşulub.

SPORTİNFO.AZ

Seçilən
18
sportinfo.az

1Mənbələr