AZ

Ekspert: “Bakıda ödənişli yollar üçün alternativlər düşünülməlidir”

Bakıda ödənişli hərəkət zonalarının tətbiqi gözlənilir. Bu, Prezident İlham Əliyevin 2025-ci ildə imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanda öz əksini tapıb. Bunun həm yol hərəkətinin idarə olunmasına, həm də paytaxtda sıxlığın azaldılmasına xidmət edəcəyi bildirilir. Ancaq bunun hansı yollar olacağı, qiymət barədə məlumat yoxdur.

 

Bəs tıxacların çox olduğu küçə və prospektlər ödənişli olarsa, həmin sıxlıq alternativ yolda müşahidə ediləcəkmi?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədovun sözlərinə görə, bu sistemdən aktiv istifadə edən ölkələr var:

Prezidentin

“Xüsusilə qonşularımız Türkiyə, Rusiyada da var. Bəzi şəhərlərdə bu böyük effektiv təsirə malikdir. Kimin vacib işi var, tələsirsə, ödənişli yollardan istifadə edir. Sadəcə, burada əsas məsələ ödənişli yolların alternativi olaraq nə təklif olacaq? Hazırda mərkəzi küçə və prospektlərimizə baxsaq, bu alternativi təklif etməyə relyef imkan vermir. Mövcud 6 küçə və prospekt ümumi Bakının yükünü daşıyır. Onlara isə giriş olmasa, vəziyyət yaxşı olmaz. Əlaqələndirici küçələr olmalıdır. Bu növ küçələr isə çox azlıq təşkil edir. Bu səbəbdən ilk olaraq əlimizdə olan imkanlardan yararlanıb, yeni yolların çəkilişini etməli, mümkün vəziyyətləri dəyərləndirməliyik. Sistem əraziyə uyğun olaraq təşkil edilməli, perspektivləri düşünülməlidir ki, nəticə əldə olunsun. Bunların tətbiqini Gəncədə, Sumqayıtda edə bilərik. Effekt ala bilmək üçün alternativ yollar birmənalı olaraq düşünülməli, plan düzgün formada qurulmalıdır”.

 

Şəhanə Quliyeva

Tarix: 19 Yanvar 2026, 09:01   
Seçilən
143
pravda.az

1Mənbələr