AZ

AFFA öz işçisindən millinin baş məşqçisi olmasını İSTƏDİ

"Sabah"ın sabiq baş məşqçisi Ramin Quliyev yenidən karyerasını bərpa etmək fürsəti yaxalayıb.

Dörd ildir peşəsindən uzaq düşən, həmin vaxtdan bəri AFFA-nın məşqçi kurslarında təlimatçı kimi çalışan mütəxəssis təklif alıb.

Federasiya rəhbərliyi onun aşağı yaş qrupları üzrə millilərdən birinin başında görmək istəyir.

Reaksiya? Sadəcə, adekvat!

Bu, 45 yaşlı Quliyev üçün ilk təcrübə olmayacaq. O, 2017-2018-ci illərdə U-17-ni çalışdıracaq.

AFFA «U-lar»da kadr islahatları aparmağı qərara alıb. Daha «karusel» olmayacaq, bir neçəsinin sükançısı dəyişəcək.

SPORTİNFO.AZ

Seçilən
9
sportinfo.az

1Mənbələr