Albaniya çempionatında 20-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" da növbəti oyununa çıxıb.
Sözügedən komanda ən yaxın izləyicisi “Elbasani"ni qəbul edib. Prinsipial matçda qalib müəyyənləşməyib - 2:2. Zamiq sona qədər ehtiyatda qalıb.
“Eqnatiya” 20 turdan sonra 38 xalla 1-ci, “Elbasani” 35 xalla 2-cidir.