AZ

İqtisadiyyatda "Pomada effekti" nədir? AÇIQLAMA

"İqtisadi böhran və qeyri-müəyyənlik dövrlərində insanlar bahalı alışlardan (ev, avtomobil və s.) imtina etsələr də, özlərini "kiçik lükslər"lə (pomada, ətir, qəhvə, şirniyyat, restoran) mükafatlandırmağa davam edirlər. Termin 2001-ci ildə Leonard Lauder tərəfindən irəli sürülüb: ümumi istehlak azalarkən kosmetika satışları artıb".

QHT.az xəbər verir ki, bu fikirləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib. Onun sözlərinə görə, səbəblər:

  • Psixoloji kompensasiya və stressin azalması

  • Sosial status və “normal yaşayıram” hissinin qorunması

Pomada effekti göstərir ki, böhran yalnız iqtisadi göstəricilərlə deyil, istehlakçı psixologiyası ilə də ölçülür.

Seçilən
23
qht.az

1Mənbələr