AZ

Qazaxıstan klubu ulduzları transfer edir

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bosniya və Herseqovina, "Yuventus", "Barselona" və Moskva ÇSKA-sının keçmiş yarımmüdafiəçisi Miralem Pyaniç 35 yaşında karyerasına bərpa edəcək. O, Qazaxıstan təmsilçisi "Aktobe" ilə bir illik müqavilə imzalayacaq. Sport24.az xəbər verir ki, bu barədə jurnalsit İvan Karpov sosial şəbəkə hesabında məlumat yayıb.

Bir müddət əvvəl mətbuatda "Mançester Yunayted" və Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi, 39 yaşlı Naninin "Aktobe"nin formasını geyinəcəyi xəbəri yayılıb.

Hər iki futbolçunun Qazaxıstan Premyer Liqası tarixində ən çox maaş alan oyunçular olacağı vurğulanır.

Pyaniç dekabr ayında karyerasını başa vurduğunu açıqlamışdı. Bosniyalı futbolçu "Yuventus"la dörd dəfə İtaliya çempionu olub, "Barselona" ilə Kral Kubokunu və ÇSKA ilə Rusiya Kubokunu qazanıb. 

Mənbənin sözlərinə görə, "Aktobe" həmçinin Fyodor Smolov və Tomas Müllerlə də maraqlanır. 36 yaşlı alman futbolçu demək olar ki, 2026-cı ilin yayına qədər müqavilə bağlamağa razılaşıb. Lakin Qazaxıstan Premyer Liqasında süni örtükdə oynamalı olacağını biləndə fikrini dəyişib. 

Qeyd edək ki, "Aktobe" nin prezidenti Arman Ospanovdu. O, "Menecer FIFA Masters" proqramının ilk məzunlarından biri və Qazaxıstan Futbol Federasiyasının UEFA-ya keçidinin memarlarından hesab olunur. Klubun sahibi isə "Qazaq Stroy Properties" tikinti şirkətinin prezidenti Nurlan Artıkbayevdir. İş adamı 228 milyon dollar sərvəti ilə Qazaxıstanın Forbes reytinqində 44-cü yerdədir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
sport24.az

1Mənbələr