AZ

Çində elektromobillərlə bağlı daha bir sərtləşdirmə

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Çində elektromobil batareyaları ilə bağlı qaydalar sərtləşdirilir. 

Avtosfer.az xəbər verir ki, aprelin 1-dən batareyaların utilizasiyası ilə bağlı milli platforma fəaliyyətə başlayacaq. Platformada güc batareyalarının bütün mövcudluq dövrü – istehsal, elektromobilə quraşdırılma, təmir, dəyişdirmə, demontaj və utilizasiyası ilə bağlı məlumatlar əks olunacaq.

İstehsalçılardan tələb olunur ki, batareya istehsalında toksikliyi az olan maddələr istifadə edilsin. Həmçinin, istehsalçılar batareyaların təkrar emalı müəssisəsi də yaratmalıdır. 

Ötən il Çində batareyaların utilizasiyasından təxminən 137 milyon manatlıq dövriyyə əldə edilib. Ölkədə işlənmiş batareyaların böyük hissəsi təhlükəsiz şəkildə emal edilir.

Proqnoza görə Çində 2030-cu ildə 1 milyon tondan çox batareya utilizasiya olunacaq. 

Qeyd edək ki, bu cür qərarlar kiçik istehsalçıların avtomobil bazarını tərk etməsi ilə nəticələnir. Lakin bu, rəsmi Pekini çox da narahat etmir. Çünki sıradan çıxanlar lokal istehsalçılardır. Bu tip müəssisələrin fəaliyyətini dayandırması Çinin avtomobil ixracı planlarına zərbə vurmur. Əksinə, hökumət sanballı şirkətlərin bazarda qalmasında maraqlıdır.

Vüqar

Oxunub 34

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
avtosfer.az

1Mənbələr