Tanınmış rejissor VƏFAT ETDİ
Ajans.az Variety jurnalına istinadən xəbər verir ki, bu xəbəri onun həmkarı Deyv Bossert açıqlayıb. Bossert bildirib ki, Allersin vəfatı onu dərindən kədərləndirib. “Dostumuz Rocer Allersin vəfat etməsi xəbəri məni çox sarsıtdı”, – deyə Bossert qeyd edib. O, Rocer Allersi qeyri-adi istedada malik sənətkar və rejissor kimi xarakterizə edərək, onu “Disney Studios-un intibah dövrünün əsas sütunlarından biri” adlandırıb. Rejissorun ölüm səbəbi açıqlanmayıb. Rocer Allers 1990-cı illərdə Disney animasiya studiyasının aparıcı simalarından biri olub. O, “Aslan Kral” (1994) filmi ilə yanaşı, “Ələddin” (1992) və “İmperatorun yeni yağı” (2000) kimi məşhur layihələrin ərsəyə gəlməsində də iştirak edib. Qeyd edək ki, “Aslan Kral” filmi iki “Oskar” mükafatı qazanıb və animasiya tarixinin ən çox gəlir gətirən filmlərindən biri hesab olunur.