AZ

PROSES BAŞLADI: 7 azərbaycanlı RUSİYADAN deportasiya edildi

Son üç gün ərzində Rusiyanın Novosibirsk vilayətində məhkəmə icraçıları ölkəyə giriş və ya qalma qaydalarını pozmuş 97 xarici vətəndaşı deportasiya edib.

Bizim.Media xəbər verir ki, bu barədə Novosibirsk vilayəti üzrə Rusiya Federal Məhkəmə İcraçıları Xidməti məlumat yayıb.

Bildirilir ki, ölkədən çıxarılanlar arasında Özbəkistan (41 nəfər), Tacikistan (29), Qırğızıstan (16), Azərbaycan (7) və Qazaxıstan (4) vətəndaşları var.
 

Məlumata görə, miqrantlar əvvəlcə müvəqqəti saxlanma mərkəzinə yerləşdirilir, daha sonra onların barəsində ölkədən çıxarılma ilə bağlı qərar rəsmiləşdirilir və nəzarət altında sərhədə çatdırılırlar.


Qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Rusiyaya yenidən girişinə beş il müddətinə qadağa qoyulur. Bu müddət məhkəmə qərarının qüvvəyə mindiyi andan hesablanır.

Bizim.Media

Seçilən
26
2
bizim.media

3Mənbələr