“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi olan “Ayntraxt Frankfurt”un yeni baş məşqçisi müəyyənləşib.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisini müvəqqəti olaraq Dennis Şmitt çalışdıracaq.
O, “Ayntraxt”ın U-21 komandasının baş məşqçisidir.
Şmitt bu postda istefaya göndərilən Dino Toppmölleri əvəzləyib.
“Qarabağ”la “Ayntraxt Frankfurt” yanvarın 21-də qarşılaşacaq.