AZ

"Onu Davosa çağırmaq Hitleri dəvət etmək kimidir"

İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçinin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumuna dəvət olunması tənqid edilib.

"Unikal" xəbər verir ki, tənqidi tanınmış respublikaçı senator Lindsi Qraham X sosial şəbəkəsində yazıb. 

O, Əraqçiyə dəvətin Hitlerin beynəlxalq tədbirə dəvəti ilə müqayisə edib və Davos görüşünün rəsmilərinə müraciət edib: "Nə düşünürsünüz? İran etirazçılarına bundan daha pis mesaj təsəvvür etmək mümkün deyil.

Avropa elitaları əxlaqi standartlarını itiriblər. Bu hadisə, bəlkə də, mənəvi tənəzzülün ən bariz əlamətidir. Azadlığın dadını çıxaranlar onun uğrunda mübarizə aparanları tərk edirlər".

Ağarza Elçinoğlu 

Seçilən
16
unikal.az

1Mənbələr