AZ

Sərnişin avtobusu yük maşını ilə toqquşdu Yaralı var Fotolar Yenilənib

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Gəncədə yük avtomobili sərnişin avtobusu ilə toqquşub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Qəza zamanı 1992-ci il təvəllüdlü Vüqar Verdiyev müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanalardan birinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb

***

“BakuBus” dan sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 19:49 radələrində Gəncə şəhərində, Mirzə Abbas Abbaszadə küçəsi 11A ünvanında “BakuBus” MMC-nin istismarında olan, 7 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib: “İlkin məlumata əsasən, avtobus işıqforda dayandığı zaman digər nəqliyyat vasitəsi idarəetməni itirərək avtobusa çırpılıb.

Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Avtobusu idarə edən sürücü yüngül bədən xəsarəti alıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib, araşdırma aparılır” .

Yunis Quliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
qafqazinfo.az

1Mənbələr