AZ

Demensiyanın nəzərə çarpmayan əlamətləri sadalandı

Demensiyanın tez-tez diqqətdən kənarda qalan beş erkən əlaməti mövcuddur.

 

Bu barədə "New York Post" nəşri bir sıra həkimlərə istinadən yazır.

 

Məqalədə söhbət qısamüddətli yaddaş itkisi, söz tapmaqda yaranan yeni çətinliklər, planlaşdırma və eyni anda bir neçə işi görməkdə problemlər, şəxsiyyətdə dəyişikliklər və maliyyə məsələləri ilə bağlı çətinliklərdən gedir.

 

Demensiyanın erkən mərhələlərində insan əşyaları daha tez-tez unutmağa, eyni fikirləri təkrar etməyə, yeni əldə etdiyi məlumatları xatırlamaqda və lazımi sözü tapmaqda çətinlik çəkməyə başlaya bilər.

 

"Əgər əvvəllər qonaqlıq planlaşdırmaq və keçirmək kimi işlərin öhdəsindən asanlıqla gələn bir insan birdən-birə bunun təşkilində çətinlik çəkirsə, bu, həqiqətən nəyinsə qaydasında olmadığının əlaməti ola bilər", - deyə qəzet planlaşdırma ilə bağlı problemlərə diqqət çəkir.

 

Oxu.az

Tarix: 19 Yanvar 2026, 09:54   
Seçilən
63
pravda.az

1Mənbələr