AZ

İran XİN: İTehranda bir dənə də olsun xarici səfirlik bağlanmayıb

Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Onlar bəzi işçilərini müvəqqəti olaraq İrandan kənara köçürmək qərarına gəliblər”

İran hakimiyyəti son hökumət əleyhinə etirazlar zamanı Tehranda heç bir diplomatik nümayəndəliyin bağlanması barədə əmr verməyib. AYNA.AZ xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Beqayi “Baghdad Today”ə bildirib.

Diplomat əlavə edib ki, "İran Tehranda bir dənə də olsun xarici səfirliyi bağlamayıb".

Beqayi həmçinin səfirlik və konsulluqlardakı son problemlərin müvəqqəti internet kəsintiləri və ölkə daxilindəki müstəsna hallarla əlaqəli olduğunu qeyd edib.

O gərgin vəziyyətin bəzi diplomatik nümayəndəliklər arasında “narahatlıq doğurduğunu” və “onlar bəzi işçilərini müvəqqəti olaraq İrandan kənara köçürmək qərarına” gəldiklərini deyib.

Eyni zamanda, XİN rəsmisi bu cür tədbirlərin ölkə daxilində gələcək diplomatik fəaliyyətə heç bir məhdudiyyət qoymayacağını söyləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
ayna.az

1Mənbələr