AZ

Güclü geomaqnit qasırğası gözlənilir

Güclü geomaqnit qasırğasının baş verməsi ehtimal olunur.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının  verdiyi məlumata görə, 18 yanvarda Günəşdə qeydə alınan güclü alışma nəticəsində yaranmış Tac Kütlə Atılmalarının (CME) 20 yanvarda Yerə çatacağı proqnozlaşdırılır.

Məlumatda bildirilir ki, bu proses Yer maqnit sahəsində ciddi pozuntulara səbəb ola və şiddətli geomaqnit qasırğası ilə nəticələnə bilər.

Geomaqnit qasırğaları peyk rabitəsinə, naviqasiya sistemlərinə, radioəlaqəyə və elektrik şəbəkələrinə mənfi təsir göstərə, eyni zamanda yüksək enliklərdə qütb parıltılarının intensivliyini artıra bilər.

Rəsədxana vəziyyətin izlənildiyini və əlavə məlumatların açıqlanacağını bildirib.

Aytac 

Seçilən
28
17
anews.az

10Mənbələr