AZ

2030-cu ilədək pilotsuz uçuş aparatlarına qlobal tələbat bir neçə dəfə artacaq

2030-cu ilədək pilotsuz uçuş aparatlarına (PUA) qlobal tələbatın kəskin şəkildə artacağı proqnozlaşdırılır.

Editor.az xəbər verir ki, bu barədə “Rostec” dövlət korporasiyasının tərkibinə daxil olan “Rosoboroneksport” (ROE) şirkətinin baş direktoru Aleksandr Mixeyev Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək UMEX&SimTEX 2026 sərgisi ərəfəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2030-cu ilədək PUA-lara olan qlobal tələbat 120 faiz, gəzən sursatlara (kamikadze PUA-lar) olan tələbat isə 400 faiz artacaq.

“Pilotsuz uçuş aparatlarına tələbat 2030-cu ilədək 120 faiz, gəzən sursatlara tələbat isə 400 faiz artacaq”, – deyə Aleksandr Mixeyev vurğulayıb.

Qeyd edək ki, “Rosoboroneksport” ilk dəfə olaraq BƏƏ-də keçiriləcək UMEX&SimTEX 2026 beynəlxalq pilotsuz sistemlər, simulyatorlar sərgi və konfransında vahid Rusiya stendi ilə təmsil olunacaq. Yanvarın 20–22-də Abu-Dabidə baş tutacaq tədbirdə şirkət ən son texnologiyalara əsaslanan Rusiya istehsalı pilotsuz sistem həllərini təqdim edəcək, həmçinin xarici ölkələrdən olan nümayəndə heyətləri ilə sənayenin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaq.

Xatırladaq ki, 2025-ci ilin dekabrında ABŞ Silahlı Qüvvələri “Lucas” adlı yeni dəniz bazalı kamikadze hücumçu pilotsuz uçuş aparatını silahlanmaya qəbul edib. Həmin ilin oktyabrında isə Belqorod mühəndisləri “iynə” adlı xüsusi xüsusiyyətə malik, özünü məhv edən yeni pilotsuz uçuş aparatı hazırlayıb, sınaqdan keçirərək SVO zonasına göndəriblər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
111
editor.az

1Mənbələr