AZ

Avropa Qrenlandiyanın suverenliyini qoruyacaq – Fon der Lyayen

Bakı. Trend:

Avropa ölkələri və NATO Qrenlandiya və Danimarkanınsuverenliyinin müdafiəsinə dair öhdəliklərinə “qəti şəkildə sadiqqalırlar”.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədriUrsula fon der Lyayen “X” hesabında yazıb.

O bildirib ki, Qrenlandiya ilə bağlı vəziyyəti NATO-nun başkatibi Mark Rütte, Fransa Prezidenti Emmanuel Makron, BöyükBritaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri FridrixMertz və İtaliyanın Baş naziri Corcia Meloni ilə müzakirə edib.Nəticədə onlar Qrenlandiyanın suverenliyinin müdafiəsi mövzusundarazılığa gəliblər.

“Biz birlikdə Qrenlandiya və Danimarka Krallığının suverenliyiniqorumaq öhdəliyimizə qəti şəkildə sadiq qalırıq. Biz həmişəstrateji iqtisadi maraqlarımızı və təhlükəsizlik maraqlarımızımüdafiə edəcəyik. Bu çağırışlara Avropa həmrəyliyi, dözümlülük vəqətiyyətlə cavab verəcəyik”,- deyə fon der Lyayen vurğulayıb.

Məqalədə:
Seçilən
36
az.trend.az

1Mənbələr