AZ

Daha bir ölkədə fövqəladə vəziyyət ELAN EDİLDİ

Ajans.az xəbər verir ki, bu barədə Qvatemala televiziya kanalları xəbər yayıb. Dövlət başçısı xalqa müraciətində bildirib ki, fövqəladə vəziyyətin əsas məqsədi vətəndaşların qorunması və təhlükəsizliyin təmin edilməsidir. Onun sözlərinə görə, polis və ordu qüvvələri cinayətkar dəstələrlə mübarizə aparmaq üçün tam səfərbər olunacaq. Bernardo Arévalo vurğulayıb ki, hökumət cinayətkar təşkilatlara güzəştə getmək niyyətində deyil və ölkədə asayişin bərpası üçün sərt tədbirlərin görülməsi davam etdiriləcək. Prezidentin sözlərinə görə, zorakılıq hallarının artması hökumətin əvvəllər kütləvi iğtişaşlar və girov götürülməsi faktlarının qeydə alındığı həbsxanalarda nəzarəti yenidən bərpa etmək cəhdlərinə cinayətkar qruplaşmaların cavabıdır. Eyni zamanda, Arévalo əmin edib ki, elan olunan fövqəladə vəziyyət vətəndaşların gündəlik həyatına, dövlət və özəl müəssisələrin fəaliyyətinə, eləcə də əhalinin hərəkət azadlığına təsir göstərməyəcək.

 

Seçilən
13
Ajans.az

1Mənbələr