AZ

Almaniyanın keçmiş kanslerin məzarı TƏHQİR EDİLİB

Ajans.az xəbər verir ki, bu barədə Bild nəşri xəbər yayıb. Bildirilir ki, yoldan keçən şəxs məzar daşının üzərində dörd svastika aşkar edib. Nasist simvolları mərhumların adlarının, doğum və ölüm tarixlərinin üzərinə çəhrayı və narıncı rənglərlə çəkilib. Hamburq polisi hadisəni törədən şəxsin kimliyinin hələ müəyyən edilmədiyini və cinayətin motivlərinin naməlum olduğunu bildirib. Faktla bağlı araşdırma aparılır. Hadisəyə Almaniyanın müvafiq təhlükəsizlik qurumları da cəlb olunub. Qeyd edək ki, bu, Helmut Şmidtin məzarının təhqir edilməsi ilə bağlı ilk hadisə deyil. Belə ki, 2023-cü il dekabrın 22-də də məzar daşına eyni rənglərdə svastikalar çəkilmişdi. Həmin vandalizm aktı kanslerin doğum günü ərəfəsində baş vermişdi. Xatırladaq ki, Helmut Şmidt 1974–1982-ci illərdə Almaniyanın kansleri vəzifəsini icra edib. O, bundan əvvəl ölkənin iqtisadiyyat, maliyyə və müdafiə naziri postlarını tutub.

 

Seçilən
123
Ajans.az

1Mənbələr