AZ

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 6%-ə yaxın azalıb

BAKI, 19 yanvar. TELEQRAF

2025-ci ildə əsas kapitala 21226,1 milyon manat məbləğində, yaxud 2024-cü illə müqayisədə 5,6 faiz az investisiya yönəldilib.

Teleqraf Dövlət Statistika Komitəsinə istiandən xəbər verir ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,3 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,9 faiz azalmışdır.

İstifadə olunmuş investisiyanın 10972,1 milyon manatı və ya 51,7 faizi məhsul istehsalı sahələrinə, 7179,6 milyon manatı (33,8 faizi) xidmət sahələrinə, 3074,4 milyon manatı (14,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 17023,0 milyon manatını və ya 80,2 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 16018,3 milyon manatı və ya 75,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Seçilən
39
9
teleqraf.com

9Mənbələr