AZ

Akademik məktəblilərlə görüşəcək

ain.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin növbəti görüşü yanvarın 21-də paytaxtdakı 225 nömrəli tam orta ümumtəhsil məktəbində keçiriləcək.Newscenter.az xəbər verir ki, layihənin budəfəki qonağı tanınmış dilçi-türkoloq, Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov olacaq. Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, Azərbaycan dilinin qorunması və inkişafı, dilimizin zəngin ifadə imkanları və bu prosesdə gənclərin rolu barədə fikir mübadiləsi aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək. Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.Ruhiyyə Mehdiyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
8
newscenter.az

9Mənbələr