AZ

"Nüşabənin, Gülüstanın evində oturub qeybətimi qırırsan, UTANMIRSAN?

Opera ifaçısı Taleh Yahyayev "Öz aramızda" verilişində qalmaqallı açıqlamalarla gündəmə gəlib. 

Milli.Az-ın məlumatına görə, Yahyayev bildirib ki, tanınmış sənətçi onun efirlərə dəvət olunmasına mane olmağa çalışır. Onun sözlərinə görə, bir müğənni verilişlərin prodüserlərinə zəng edərək onu niyə efirə çıxardıqlarını soruşur:

"Niyə səndən əskiyəm? Deyir ki, atan yaşındayam, məni təhqir etmə. Bəs sən niyə qarşımda sərhəd qoyursan? Əgər efirə çağırılmırsansa, bunun günahkarı mənəm?" Taleh Yahyayevlə eyni proqramda iştirak etmirəm deyir. Məni dəvət edirlər, yığmıram".

T. Yahyayev həmçinin qeybətini etməkdə ittiham etdiyi şəxslərə də sərt reaksiya verib:

"Mən həmişə sizə hörmət etmişəm. Əziz dostum Nüşabə Ələsgərli ilə bir kafedrada dərs deyirik. Onun evində oturub arxamca danışırsan, ayıb deyil? Gülüstan xanımın evində də bu hal yaşanıb. Bu barədə Ülvi Qılınc mənə deyib. Nüşabə deyir ki, icazə vermirəm danışsın, bezmişəm. Mən iki universitetdə dərs deyirəm. Əvvəl Nüşabə haranın müəllimidir deyirdin, bəyənmirdin".

Sənətçi çıxışında vurğulayıb ki, adını və sənətini qorumağa çalışır, lakin haqqında deyilənlər davam edərsə, susmayacaq:

"Siz yaxşı ifaçısınız, amma adınıza layiq davranmırsınız. Bir süfrəni paylaşmışıq, hörmət etmişəm. Şəxsiyyət vəsiqənizdə 'kişi' yazılıbsa, kimliyinizə hörmət edin. Bir də qeybətimi eşitsəm, adınızı açıq çəkəcəyəm. Nömrəmi bilirsiniz, üzümə deyin".

Qeyd edək ki, Taleh Yahyayevin bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Musa
Milli.Az

Seçilən
9
1
milli.az

2Mənbələr