AZ

Azərbaycan iqtisadiyatına qoyulan investisiyaların həcmi 5,6% azalıb - Rəsmi

Azərbaycanda 2025-ci ildə əsas kapitala yönəldilən investisiyalar  azalaraq 21 milyard 226,1 milyon manat təşkil edib, bu da 2024-cü illə müqayisədə 5,6% geriləmə deməkdir. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Azalma həm neft-qaz, həm də qeyri-neft sektorunu əhatə edib

Rəsmi məlumatlara görə, neft-qaz sektoruna yatırımlar 10,3% azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar isə 3,9% geriləyib.

Əsas kapitala yönəldilən vəsaitin 80,2%-i (17 023,0 mln manat) daxili investisiyalar hesabına təmin olunub. 

İnvestisiyaların 75,5%-i (16 018,3 mln manat) bilavasitə tikinti-quraşdırma işlərinə sərf olunub.

Gülnar Nazimqızı 

Seçilən
11
anews.az

1Mənbələr