AZ

Azərbaycan millisinin baş məşqçisi: "Heyətdə çox perspektivli oyunçular var"

Futzal üzrə Azərbaycan millisinin heyətində çox perspektivli oyunçular var.

"Far.Az" xəbər verir ki, bunu komandanın baş məşqçisi Yevgeni Kukseviç jurnalistlərə açıqlamasında deyib.

O, komandanın hazırlıqları haqqında fikirlərini bölüşüb:

"Yeni ildən sonra ilk toplanışımıza başlamışıq. Milliyə yeni oyunçular dəvət etmişəm və geniş heyətlə hazırlaşırıq. Heyətdə çox perspektivli futzalçılar var və onların üzərində işləməyə çalışacağıq".

Qeyd edək ki Azərbaycan millisi yanvarın 22 və 24-də Danimarka ilə yoldaşlıq görüşü keçirəcək.

Seçilən
162
1
far.az

2Mənbələr