Bakı.Trend:
Torpaqlarımız işğaldan azad olunan andan etibarən “Azərişıq”ASC-nin əməkdaşları Cənab Prezident İlham Əliyevin tapşırıqlarınaəsasən ordumuzun ardınca irəliləyərək Qarabağ və Şərqi Zəngəzurdalazımi obyektləri elektrik enerjisi ilə təmin etdi.
Trend xəbərverir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, tezliklə doğma torpaqlarımızda Azərbaycan işığıyandı. Elektrik təsərrüfatında yenidənqurma, əsaslı təmir-bərpa bugün də davam edir. Sərt iqlimi və yüksək dağlıq relyefi ilə seçilənKəlbəcərin də elektrik təsərrüfatı yenidən qurulur. Qarlı-şaxtalıhava şəraitinə baxmayaraq “Azərişıq” ASC 3000 metrdən yüksəkərazilərdə fasiləsiz çalışır.
Kəlbəcər şəhəri 18 iyul 2021-ci ildən elektrik enerjisi ilətəmin olunub. Kəlbəcərin ən ucqar dağ kəndlərinə 35 kV-luqizolyasiyalı hava xətləri çəkilir, yeni güc mərkəzləri yaradılır.Alagöllər, Zəylik və Zod kəndlərində yerləşən strateji obyektlərəvə “İstisu” mineral su zavoduna 35 kV-luq ikidövrəli Özünüdaşıyanİzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib, transformator məntəqələriquraşdırılıb.
Həmçinin Zallar, Yanşaq, Keşdək, Zar, Qamışlı və Çaykəndkəndlərinə də 35 kV-luq xətlərin çəkilişi başa çatıb. İstisuqəsəbəsində inşa olunan 110/35 kV-luq “İstisu” yarımstansiyasının2024-cü il sentyabrın 2-də Cənab Prezident İlham Əliyevin iştirakıilə açılışı baş tutub. Kəlbəcərə köç edən ailələrin dayanıqlıelektrik enerjisi ilə təmin olunması üçün 0.4 kV-luq elektrikşəbəkəsi yenidən qurulub.
“Azərişıq” ASC ölkənin bütün regionlarında bir sıra kənd vəqəsəbələrdə elektrik təsərrüfatını yeniləyir. Görülən işlərvətəndaşların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminolunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinəhədəflənib.