AZ

Deputat: Söz yox, real qərarlar lazımdır

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Artıq Ermənistan Azərbaycanın suveren hüquqlarına hörmət etdiyini dilə gətirir, ərazi bütövlüyümüzü tanıdığını bəyan edir. Eyni zamanda Azərbaycan tərəfindən normal qonşuluq münasibətləri çərçivəsində atılan addımlara, o cümlədən Ermənistan ərazisindən keçən və ya təqdim olunan məhsullarla bağlı göstərilən jestlərə görə təşəkkürünü bildirir”. Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə bildirib.O deyib ki, Ermənistan Azərbaycanın əsas tələblərindən biri olan Naxçıvan bölgəsi ilə əlaqənin yaradılmasına söz verir:

“Bütün bunlar sadəcə bəyanat səviyyəsində qalmasın, konkret addımlarla təsdiqlənsin. Bunun üçün əsas şərt Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının tam şəkildə çıxarılmasıdır. Bu addım atılarsa, sülh müqaviləsinin imzalanması, diplomatik münasibətlərin qurulması və normal iqtisadi əlaqələrin formalaşması mümkün olacaq.  Zəngəzur dəhlizinin işə salınması Ermənistan iqtisadiyyatı üçün yüz milyonlarla dollar həcmində investisiya, büdcə gəlirlərinin artması və yüz minlərlə yeni iş yerinin açılması deməkdir. Çünki bu dəhlizdən təkcə Azərbaycan deyil, Şərq ölkələrinin böyük bir hissəsi istifadə edərək Naxçıvana, oradan Türkiyəyə və daha sonra Avropaya çıxış əldə edə biləcək. Bir sözlə, Azərbaycan həm siyasi mövqeyini, həm də xoş niyyətini açıq şəkildə ortaya qoyur. İndi isə Ermənistan tərəfdən də eyni məsuliyyətli və real addımları gözləyirik”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
demokrat.az

1Mənbələr