AZ

Məşhur cizgi filmlərin yaradıcısı vəfat etdi

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Amerikalı rejissor və animator-rəssam, “Kral şir” (“The Lion King”) cizgi-filminin yaradıcılarından biri olan Rocer Allers vəfat edib.

Axşam.az xəbər verir ki, o, 77 yaşında dünyasını dəyişib. Onun ölümünün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Rocer Allers 1990-cı illərdə "Disney"in animasiya bölməsində əsas fiqurlardan biri olub. “Kral şir” (1994) üzərindəki işi ilə yanaşı, o, “Ələddin” (1992) və “İmperatorun macəraları” (“The Emperor’s New Groove”, 2000) kimi məşhur layihələrin yaradılmasına da töhfə verib. “Kral şir” iki “Oskar” mükafatı qazanıb və animasiya tarixinin ən çox gəlir gətirən layihələrindən birinə çevrilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
axsam.az

1Mənbələr