AZ

ABŞ İrana zərbə üçün qüvvələrini ARTIRIR – Gərginlik PİK HƏDDƏ

ABŞ İrana zərbə üçün qüvvələrini artırır – “USS Abraham Lincoln” yoldadır.

İnterpress.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

ABŞ İrana zərbə endirilməsi ehtimalını nəzərə alaraq Yaxın Şərqdəki hərbi mövcudluğunu artırmaqda davam edir.

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Abraham Lincoln” atom təyyarə daşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu Malakka boğazına daxil olub və Yaxın Şərqə doğru istiqamət götürüb.

Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın İrana hərbi zərbə endirmək əmri verəcəyi təqdirdə hazırlıqlı olmaq üçün regiona əlavə qüvvələr cəlb edilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
60
interpress.az

1Mənbələr