AZ

Hindistan Ermənistana “Pinaka” raketlərinin ilk partiyasını çatdırıb

Hindistan Ermənistana “Pinaka” idarə olunan raketlərinin ilk partiyasını çatdırıb.

Missiya.Az xəbər verir ki, bu barədə “The Hindu Business Line” qəzeti məlumat yayıb.

Bildirilib ki, ötən gün Hindistanın müdafiə naziri Rajnath Sinqh ilk raket partiyasının göndərilməsi mərasimində iştirak edib.

Qeyd olunub ki, Ermənistan əvvəllər Hindistanla idarə olunan raketlər və digər müdafiə avadanlıqları da daxil olmaqla dörd “Pinaka” batareyasının tədarükü üçün 240 milyon dollarlıq müqavilə imzalayıb.

2024-cü ilin yayında Hindistan mediası Hindistandan Ermənistana silah müqavilələrinin ümumi dəyərinin bütün təchizat dövrü ərzində 600 milyon dollara çatdığını vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
31
missiya.az

1Mənbələr