Məlum olduğu kimi, ASCO uzun müddət “Səbail”in baş sponsoru olub. Lakin Bayıl təmsilçisinin premyer-liqanı tərk etməsi tərəflərin yolları ayırmasıyla nəticələndi. Maraqlıdı, yeni sədrin gəlişi “dənizçilər”i maliyyələşdirməsi məsələsinə təsir göstərə bilərmi?
“Football-plus.az”ın sualını “Səbail”in icraçı direktoru Firuz Abdulla cavabladı:
“Bəli, ASCO uzun illər “Səbail”in baş sponsoru olub. Ötən mövsümün sonunda müqavilə müddəti başa çatdı və yenilənmədi. Təbii ki, bu cür sosial layihələrə maliyyə dəstəyi verən şirkətin yenidən futbolun inkişafına töhfə verməsini, “Səbail”ə maliyyə yardımı etməsini istəyərik”.
Xatırladaq ki, “dənizçilər” hazırda 1-ci liqada mübarizə aparır. Komanda qış fasiləsinə 3-cü pillədə yollanıb.KƏNAN BAHADIR