AZ

Sürücülərin nəzərinə: avtomagistral anlayışı dəyişir

Bakı. Trend:

Qanunvericilikdəki avtomagistral anlayışında dəyişiklikediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Yolhərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, avtomagistralnəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi çəkilmiş və nəzərdətutulmuş elə bir yoldur ki:

  • həmin yol boyunca yerləşən təsərrüfat, istehsal və ya tikintitəyinatlı obyektlər digər nəqliyyat vasitələri tərəfindən istifadəedilə bilməz;
  • ayrı-ayrı yerləri istisna olmaqla və ya müvəqqəti qaydanınmüəyyənləşdirildiyi hallarda başqa, əks istiqamətlərdə hərəkətistiqamətləri üçün ayrı-ayrı hərəkət hissələri var, həm də buhissələr arasında hərəkət üçün nəzərdə tutulmayan ayırıcı zolağınvə ya müstəsna hallarda başqa vasitələrin köməyi ilə həddqoyulub;
  • dəmiryol, tramvay yolları və başqa yollarla, habelə piyadazolaqları ilə bir səviyyədə kəsişmələri yoxdur;
  • hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və yadurması qadağan edilir, hər 50 kilometrdən çox olmayan məsafədəxüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchizedilir.

Qanun layihəsində yuxarıda bəhs edilənavtomagistral anlayışının yeni redaksiyadaverilməsi təklif edilir.

Belə ki, bu Qanunla müəyyən edilmiş hərəkət rejiminə malik olan,başlanğıcı və qurtaracağı müvafiq olaraq 5.1 (avtomagistral)və 5.2(avtomagistralın qurtaracağı) nişanları ilə işarələnən,biri-birindən ayırıcı zolaq və digər konstruktiv elementlərləayrılan və fərqli hərəkət istiqamətləri üçün nəzərdə tutulanhərəkət hissələrinə malik, digər yollarla, o cümlədən dəmiryol,tramvay, velosiped yolları və ya piyada zolağı ilə bir səviyyədəkəsişməsi olmayan, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusiistirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilən yolavtomagistral hesab ediləcək.

Seçilən
98
13
az.trend.az

10Mənbələr