AzVision.az “Iran International” telekanalına istinadən xəbər verir ki, kiberhücum nəticəsində tele-efirdə Rza Pəhləvinin ordunu mövcud hakimiyyətə qarşı kütləvi etirazlara dəstək verməyə çağıran müraciəti yayımlanıb.
Hadisə yanvarın 18-də axşam saatlarında baş verib. Həmin vaxt bir sıra dövlət telekanallarının “Bədr” peyki vasitəsilə həyata keçirilən müntəzəm yayımları kəsilib.
Xatırladaq ki, bundan əvvəl Rza Pəhləvi “The Economist” nəşrinə müsahibəsində cəmiyyətin etibarını qazandığım üçün keçid dövründə real hakimiyyəti öz üzərinə götürməyə hazır olduğunu iddia edib.
Sahil İsgəndərov
AzVision.az