AZ

Pezeşkiyandan açıq bir mesaj - Liderimizə hücum tammiqyaslı müharibə deməkdir

İranın Ali Rəhbəri Ayətullah Əli Xameneiə qarşı hər hansı potensial hücum İran xalqına qarşı tammiqyaslı müharibə demək olacaq.Missiya.Az xəbər verir ki, bununla bağlı İran Prezidenti Məsud Pezaşkian açıqlama verib.ABŞ-nin İrana qarşı sanksiyalarının mənfi təsirinə toxunan Pezeşkian bildirib ki, əgər İran xalqı iqtisadi çətinliklərlə üzləşirsə, bunun ən vacib səbəblərindən biri ABŞ və müttəfiqləri tərəfindən uzun müddətdir davam edən düşmənçilik və qeyri-insani sanksiyalardır. Liderimizə hücum İran xalqına qarşı tammiqyaslı müharibə demək olardı.Pezeşkian ölkədə internetə giriş məhdudiyyətləri ilə bağlı da şərh verib:“Mən İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaniyə internet əsaslı biznesləri asanlaşdırmaq və rabitəni təmin etmək üçün məhdudiyyətləri mümkün qədər tez aradan qaldırmağı məsləhət gördüm”.Həmçinin o qeyd edib ki, İrandakı etirazlarla əlaqədar saxlanılanların sənədləri ədalətli və diqqətlə araşdırılmalıdır."Terror aktlarında iştirak etməyənlərə İslam mərhəməti ilə yanaşılmalıdır. Lakin terror aktlarına rəhbərlik edənlərə qarşı heç bir mərhəmət göstərilməməlidir",-Pezeşkian əlavə edib.İlahə QənbərliMissiya.Az

Seçilən
58
missiya.az

1Mənbələr