AZ

İcra başçısının müavinin əri sərxoş halda canlı açdı - Dini dəyərləri aşağıladı - VİDEO

Füzuli icra başçısının müavinin əri sərxoş halda dini dəyərləri aşağılayıb

Milli.Az xəbər verir ki, Füzuli icra başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazov özünə məxsus sosial şəbəkə hesabında cnalı yayım açaraq insanların dini dəyərlərini aşağılayıb.

Qeyd edək ki, Habil Eyvazov eyni zamanda Füzuli İcra Hakimiyyətində sürücü vəzifəsində çalışır.

Qısa müddətdə sosial şəbəkələrdə geniş yayılan görüntülər izləyicilərin ciddi narazılığına səbəb olub. 

Xatırladaq ki, Füzuli İcra Hakimiyyətinin başçısı Nuşrəvan Alıyevdir. 

Qeyd edək ki, görüntülərdə qeyri-etik ifadələr olduğuna görə, videonun böyük hissəsi silinmişdir.

Mehman Əsədov
Milli.Az

Seçilən
171
50
milli.az

10Mənbələr