AZ

ABŞ senatoru ərəb müttəfiqlərini HƏDƏLƏDİ:  İranı qorumaq səhvdir 

ABŞ senatoru Lindsi Qraham İrana qarşı hərbi tədbirləri dəstəkləmədiklərinə görə ərəb müttəfiqlərini tənqid etməyə davam edib. O, bu mövqeni “dar, təhrif olunmuş və xəstə bir baxış” kimi qiymətləndirib.

Vətəninfo.az xəbər verir ki, Qraham bildirib ki, İbrahim Sazişlərinə əsaslanaraq ərəb dünyasından daha qətiyyətli mövqe gözləyib, ancaq qapalı görüşlərdə deyilənlərlə ictimai açıqlamalar arasında ciddi fərq var. Senatorun sözlərinə görə, əgər bəzi ölkələr İrana qarşı planlaşdırılan addımları dayandırmaq üçün müdaxilə ediblərsə, bu, ABŞ-nin və öz maraqlarının düzgün başa düşülmədiyini göstərir.

Qraham əlavə edib ki, Prezident Donald Tramp insanların etirazlara çıxmasını təşviq etdikdən sonra bu prosesdən geri çəkilmək çağırışları qəbuledilməzdir və İran rejiminə dolayı dəstək anlamına gəlir.

Seçilən
16
veteninfo.az

1Mənbələr