AZ

Ata adı daşımaq arzusu, adın pis səslənməsi və çətin tələffüz olunması ad dəyişdirilməsinin səbəblərindəndir

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda ad, soyad və ata adını dəyişdirənlərin sayı məlum olub. Ədliyyə Nazirliyindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci ildə qeydiyyat orqanları tərəfindən ümumilikdə 2723 şəxs barəsində adın, soyadın və ata adının dəyişdirilməsi haqqında akt qeydi tərtib olunub. Onlardan 917 nəfər yalnız adını dəyişib. Nazirlikdən bildirilib ki, 1383 nəfər soyadını dəyişmək üçün müraciət edib. Bundan başqa, 5 nəfər ata adından imtina edib və ya onu dəyişdirib. Rəqəmlər göstərir ki, ötən il ən çox dəyişdirilən şəxsiyyət məlumatı soyad olub. Ata adının dəyişdirilməsi isə nadir hallarda baş verib.Ad, soyad və ata adının dəyişdirilməsi üçün müraciət edənlərin əsas motivasiyaları nələrdir? Bu barədə statistik və ya tematik təhlil aparılırmı?

Yaranan suallara cavab tapmaq üçün Ədliyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, qanuna uyğun olaraq ad, soyad və ata adının dəyişdirilməsi 18 yaşına çatdıqdan sonra icazə verilir: “Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə uyğun olaraq 18 yaşına çatdıqdan sonra yol verilir. Adın və ya ata adının dəyişdirilməsi səbəbləri daha çox ərizəçini tərbiyələndirən şəxsin adı ilə ata adı daşımaq arzusu, adın pis səslənməsi, çətin tələffüz olunması və digər səbəblərlə bağlıdır.

Qeyd edək ki, ötən il qeydiyyat orqanları tərəfindən 2723 şəxsin barəsində adın, soyadın və ata adının dəyişdirilməsi haqqında akt qeydi tərtib olunub. Onlardan 917 nəfər yalnız adını, 1383 nəfər soyadını, 5 nəfər isə ata adını dəyişdirib”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
icma.az

1Mənbələr