AZ

Agentlik sədri: Ötən il 373 nəfər qiymətləndirmə prosesinə cəlb edilib

2025-ci il ərzində şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 373 nəfər qiymətləndirmə prosesinə cəlb edilib.

Teleqraf xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.

O bildirib ki, onlardan 11-iölkə başçısının əfv sərəncamı ilə cəza çəkməkdən azad edilən şəxslər olub.

"Qiymətləndirilmə nəticəsində 65 nəfərə sosial-hüquqi yardım göstərilib. Bu kateqoriyadan olan şəxslərdən 4 yeniyetmə sosial adaptasiyaları və peşə sahibi olmaları məqsədilə Agentliyin müvafiq müəssisəsində kurslara cəlb ediliblər. Artıq onlardan 3-ü kursu müvəffəqiyyətlə yekunlaşdıraraq sertifikatlarla təmin edilib. 1 yeniyetmənin peşə kursu davam edir", - sədr əlavə edib.

Seçilən
91
teleqraf.com

1Mənbələr