AZ

Amerikalı senatordan Türkiyə haqda qalmaqallı sözlər: Kimlə danışıblar?

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikalı senator Lindsi Qrem Suriya hökuməti ilə YPG arasında imzalanan atəşkəs və inteqrasiya müqaviləsini tənqid edərək Türkiyəni hədəfə alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

“Bu atəşkəs razılaşması Türkiyədən başqa regional tərəfdaşlarla müzakirə olunubmu? Türkiyə qüvvələri bu yaxınlarda kürd ərazilərinə hər hansı bir şəkildə daxil olubmu? Anlaşma türk əsgərlərinin bu bölgədə gələcək mövcudluğunu nəzərdə tuturmu?”, – deyə o yazıb.

Qrem razılaşmadan əvvəl İsraillə əlaqə saxlanılıb-saxlanılmadığını və Təl-Əvivin proseslə bağlı hansı fikirləri irəli sürdüyünü soruşub.

Senator bildirib ki, ABŞ-ın Suriyadakı əsas təhlükəsizlik prioritetlərindən biri YPG ilə tərəfdaşlıqdır. “Suriya hökuməti ilə YPG arasında son atəşkəs razılaşması ilə bağlı cavablardan daha çox sualım var”, – deyə Qrem yekublaşdırıb.

Qeyd edək ki, Suriya Prezidenti Əhməd Şaraa YPG ilə tam inteqrasiyanı nəzərdə tutan 14 maddəlik razılaşmanın imzalandığını elan edib.

O, YPG lideri Mazlum Abdi ilə planlaşdırılan görüşün hava şəraiti səbəbindən təxirə salındığını və prosesin telefonla müzakirə edildiyini bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
96
globalinfo.az

1Mənbələr