Bakı. Trend:
Hindistanla sərhəd yaxınlığında yerləşən və Pakistanınnəzarətində olan Kəşmir bölgəsində 5,8 bal gücündə zəlzələ başverib.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi SeysmolojiMərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 700 minə yaxın əhalisi olanBattaqram şəhərindən 268 km şimal-şərqdə qeydə alınıb. Yeraltıocağı isə 31 km dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.