AZ

Pantomim Teatrı şəhid və qazi ailələri ilə bir arada FOTO

ain.az, Gununsesi saytına istinadən bildirir.

İllərdir Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.

Gununsesi.info xəbər verir ki, bu günlərdə Azərbaycan Dövlət Pantomim Teatrı Vətən uğrunda canlarından keçmiş şəhidlərin, qazilərin və müharibə iştirakçılarının ailə üzvləri və övladları üçün xüsusi tədbir təşkil edib.

Azərbaycan Dövlət Pantomim Teatrının direktoru Yarməmməd Qurbanovun və quruluşçu rejissor Ceyhun Dadaşovun dəvəti ilə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın, Qarabağ qazilərinin və müharibə iştirakçılarının ailə üzvləri üçün yaradıcı heyətin təqdimatında Abdulla Şaiqin uşaqlar üçün nəzərdə tutulmuş “Tıq-tıq xanım” tamaşası, eləcə də 20 Yanvar faciəsinə həsr olunan “Xocalı bu olub” tamaşası (böyüklər üçün) nümayiş olunub.

Tamaşalar dəvətlilər tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin sonunda teatr kollektivi ilə xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, dəvətlilər arasında İkinci Qarabağ müharibəsində şəhid olmuş Ramil Yusifzadənin anası Reyhan xanım, Birinci Qarabağ müharibəsi qazisi Vüsal Babayevin ailə üzvləri və digər şəhid və qazilərin yaxınları da yer alıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Məmmədova İlhamə

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
icma.az

1Mənbələr