AZ

Prezidentin şeirini dediyi Rüstəm Behrudidən təqdimat çağırışı

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Rüstəm Behrudinin “Sənin Gözlədiyin Qərib Türk Mənəm” adlı kitabının təqdimatı olacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Rüstəm Behrudi özü verib.

O bildirib ki, sözügedən kitab müəllifin sayca 28-ci kitabıdır.

“Bu kitab mənim Azərbaycanda çap olunan sayca 28-ci kitabımdır. Xarici ölkələrdə çap olunan kitabların sayını isə bilmirəm. Kitab müxtəlif mövzuda şeirlərim yer alır. Vaxtı və şeirə həvəsi olan hər kəsi təqdimata dəvət edirəm”.

Qeyd edək ki, bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rüstəm Behrudinin şeirlərini səsləndirməsi gündəm olmuşdu.

Sözügedən şeir həm Azərbaycan, həm də Türkiyə mətbuatında maraqla qarşılanıb.

Təqdimat 23 yanvar, saat 16:00-da keçiriləcək.

Ünvan: Baku Book Center, Üzeyir Hacıbəyli küçəsi 5

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
icma.az

1Mənbələr