AZ

Parisdə yubiley FACİƏSİ – Döşəmə çökdü, 20 nəfər YARALANDI

Parisdə yubiley şənliyi zamanı yaşayış binasında bir mərtəbə uçub və 20 nəfər yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə RTL məlumat yayıb.

Fransanın paytaxtı Parisdə 60 illik yubileyin qeyd olunması zamanı bədbəxt hadisə baş verib.

Yanvarın 18-nə keçən gecə şəhərin mərkəzində, Bastiliya meydanının yaxınlığındakı köhnə yeddimərtəbəli binada mənzilin döşəməsi uçub.

Hadisə gecə yarısı, qonaqlar üçün bayram tortu gətirilən zaman yaşanıb.

Təxminən 50 nəfərin ağırlığına tab gətirməyən örtük uçub və qonaqlar bir mərtəbə aşağı düşüblər. Nəticədə 20 nəfər xəsarət alıb.

Onlardan birinin ürəyi dayansa da, həkimlər onu reanimasiya edərək həyata qaytara biliblər.

Şahidlərin sözlərinə görə, əvvəlcə yerdə deşik yaranıb, daha sonra döşəmə tamamilə çöküb.

Qonaqlardan biri baş verənləri belə təsvir edib:

“Tort gətiriləndə döşəmə qəfil çökdü. Heç nə hiss etmədik, sadəcə bir anda özümüzü aşağı mərtəbədə gördük. Panika olmadı, insanlar yeni uçqundan qorxduqları üçün yerlərində qalıb xilasediciləri gözlədilər”.

Hadisə yerinə 130-a yaxın yanğınsöndürən, həkim və polis cəlb olunub.

Şəhər xidmətlərinin ilkin versiyasına görə, hadisəyə vibrasiya səbəb olub – qonaqların əyləncə zamanı tullanması köhnə konstruksiyanı zəiflədib.

Bina və qonşu tikililər müvəqqəti təxliyə edilib, uçan hissələr möhkəmləndirilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
114
interpress.az

1Mənbələr