AZ

​Burak Özçivit ərəblərin “qara siyahı”sında

Türkiyənin tanınmış aktyoru Burak Özçivit Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən “Joy Awards” mükafatının təqdimat mərasiminə dəvət olunmayıb. Ərəb dünyasında da tanınan və sevilən 42 yaşlı aktyorun yerli və xarici sənət adamlarının qatıldığı mötəbər tədbirdə iştirak etməməsi müzakirələrə səbəbə olub.
Metbuat.az xəbər verir ki, Türkiyə mediası Burak Özçivitin ərəblərin “qara siyahı”sına düşdüyünü yazıb. Buan səbəb kimi onun ötən il keçirilən təqdimat mərasimindən sonra özünün sosial şəbəkə hesabında status yazması olub. “Burak Özçivit keçən il “Joy Awards”da həyat yoldaşı Fahriye Evcen ilə birlikdə iştirak etmişdi. Həmin mərasimdə cütlüyə ayrılan yer onları qane etmədiyi üçün aktyor tədbirdən sonra sosial şəbəkə hesabında status yazaraq, təşkilatçıları sərt tənqid etmişdi. O, sonradan həmin statusunu sildi. Görünür, təşkilatçılar Burakın bu hərəkətini unutmadıqları üçün onu mərasimə dəvət etməyiblər”, - Türkiyənin tanınmış jurnalisti Birsen Altuntaş belə yazıb.

Qeyd edək ki, ötən il tədbirdə Tarkan, Matthew McConaughey, Morgan Freeman, Andrea Bocell, Hrithik Roshan kimi ulduzlar iştirak edib.

Seçilən
33
metbuat.az

1Mənbələr