AZ

“Kayzerslautern” oynadı, Mahir kənarda qaldı, “düşməni” qol vurdu!

Mahir Emrelinin şərəfini qoruduğu “Kayzerslautern” dünən ilin ilk rəsmi oyununu keçirib.

“Football-plus.az”ın məlumatına görə, 2-ci bundesliqanın 18-ci turu çərçivəsində “Hannover 96”nı qəbul edən “qırmızı iblislər” 3:1 hesablı qələbə qazanıb. Qələbə sayəsində xalını 30-a çatdıran komanda 5-ci sıraya yüksəlib.

Əsas məsələyə gəlincə, təəssüf ki, Mahirin adı bu matçın da iştirak ərizəsində yer almayıb. Səbəb kimi hücumçunun zədəli olduğu göstərilib.

Maraq üçün qeyd edək ki, həmvətənimizin mövqe uğrunda rəqabətdə olduğu İvan Prtayinin zədəsi sağalıb. Hətta bu oyunda sonradan meydana çıxan futbolçu 73-cü dəqiqədə hesabı bərabərləşdirən qolun müəllifi olub.

“Kayzerslautern” 19-cu turda lider “Şalke-04”ün qonağı olacaq. Bu qarşılaşma yanvarın 25-də keçiriləcək.

KƏNAN BAHADIR

Seçilən
100
1
football-plus.az

2Mənbələr